Xəbər lenti

Polisi bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi
Ölkə13:34 20.12.2013

Polisi bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşına müqavimət göstərməkdə və qəsdən sağlamlığa xəsarət yetirməkdə təqsirləndirilən Müseyib Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M. Şirinov barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və o, məhkəmə zalında həbs edilib.
 
Qeyd edək ki, M. Şirinov avtomobili idarə edərkən yol polisi əməkdaşlarının tələbinə məhəl qoymayıb, onlara müqavimət göstərib və bıçaqla bir polis əməkdaşını yaralayıb.
 
O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə əsasən ittiham edilib.
 
Onu da qeyd edək ki, M. Şirinovun barəsində cinayət işi başlanılsa da, istintaq dövründə barəsində həbs-qətimkan tədbiri seçilməyib.  


Qaynar.info