Xəbər lenti

Polisi bıçaqlayanlardan biri Lənkəranda tutuldu
Ölkə05:57 21.11.2014

Polisi bıçaqlayanlardan biri Lənkəranda tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşını bıçaqlayan “Nissan” markalı avtomobilin sürücüsü haqda yeni məlumat əldə edilib. Aznews.az xəbər verir ki, həmin şəxs dünən Lənkəranda saxlanılıb.

Qeyd edək ki, iki gün öncə gecə saatlarında Binəqədi rayonu ərazisində baş verən hadisə zamanı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin iki əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Məlumata görə, 10 YP 442 və 10 YP 383 dövlət nömrə nişanlı avtomobillərdə xidmət aparan polis əməkdaşları - Nicat Bayramov və Yasin Umudov nömrə nişanı məlum olmayan “Nissan ” markalı avtomobilin sürücüsü tərəfindən bıçaqlanıb. Onların biri belindən, digəri isə qolundan yaralanıb. Hər iki polis əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Hadisə baş verən zaman “Nissan” markalı avtomobilin sürücüsünün içkili vəziyyətdə olduğu deyilir.

Qaynar.info