Dünən gecə saatlarında Bakıda polis serjantı döyülüb. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 22:00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada baş verib.
Hadisəni Masallı rayon sakinləri 1998-ci il təvəllüdlü Kərim Kərimov və 1996-ci il təvəllüdlü Elmin Hacıyev törədib.
Onlar xuliqanlıq zəminində Metropolitendə Polis Şöbəsinin baş serjantı 1975-ci il təvəllüdlü Tahiq Gözəl oğlu Mikayılovun alın nahiyəsinə yumruqla vurub, sonra isə xidməti geyim formasını cıraraq yararsız hala salıblar.
Hadisə baş verən zaman polis serjantı xidmətdə olmayıb.
Qaynar.info