Xəbər lenti

Polisin axtardığı şəxs Bosniyada saxlanıldı
phrase_var_qaynar. 13:37 30.12.2025

Polisin axtardığı şəxs Bosniyada saxlanıldı

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub.

Qaynarinfo xəbər verir ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->