Xəbər lenti

Polisin əmrinə tape olmadı, mopedi insanların üstünə sürdü, həbs edildi
Ölkə12:14 30.06.2023

Polisin əmrinə tape olmadı, mopedi insanların üstünə sürdü, həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) əməkdaşlarının saxla işarəsinə tabe olmayan moped sürücüsü həbs edilib. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Binəqədi rayon ərazisində baş verib. 
Belə ki, 1988-ci il təvəlldülü Abşeron rayonu, Novxanı kənd sakini Aydın (şərti) moped idarə edən zaman ona saxla işarəsi verən polis əməkdaşlarının əmrinə tabe olmayaraq yayınmaq istəyib, habelə qaçan zaman mopedi dayanacaqdakı insanların üzərinə sürüb. 
Mopedin təkərinin cırılması nəticəsində Aydın polis əməkdaşları tərəfindən saxlanılıb və lakin yenidən qaçmağa cəhd edib. Bu dəfə də polisin qanuni tələblərinə tabe olmayaraq, özünü və sənədlərini təqdim etməyib, hətta bölməyə getməkdən imtina edib. Bundan sonra polis əməkdaşları tərəfindən sakitləşdirilərək, polis bölməsinə təhvil verilib və sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibat xəta haqqında protokol tərtib edilib.
Aydın məhkəmədə törətdiyi inzibati xətadan peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş edib. 
Məhkəmənin qərarı ilə Aydın nzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətə inzibati qaydada həbs edilib. 
Əhməd