Xəbər lenti

Polisin rüşvət alması videosunu çəkən jurnalist polis idarəsinə çağrıldı - VİDEO
Ölkə14:15 06.06.2013

Polisin rüşvət alması videosunu çəkən jurnalist polis idarəsinə çağrıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa.info-nun bugünkü sayında “Azərbaycanda polis rüşvət alarkən yaxalandı” adlı yazı yayımlanıb. 

Videolarda Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin Ramin adlı polis zabitinin öz işçisi polis serjantı Habil adlı şəxsin əli ilə sahibkarlardan rüşvət almasından danışlır. Belə ki, birinci videoda polis serjantı Habil Stomotlji kabinetin texniki Mahir Əsgərovdan rüşvət alması görüntülənir.İkinci video görüntüdə isə Mahir Əsgərov Avropa.info-ya açıqlama verərək bildirir ki, polisdən qorxduğu üçün rüşvət verməyə məcburdur.Qeyd edək ki, bu video görüntülər yayıldıqdan az sonra sahibkar Mahir Əsgərov Kəpəz Rayon Polis İdarəsinə çağrılıb və hazırda iki saatdır ki, polisdə saxlanılır.Bu dəqiqələrdə isə Avropa.info-nun bölgə müxbiri Ərşad İbrahimov Kəpəz Rayon Polis İdarəsinin rəis müavini İftixar Hüseynov tərəfindən heç bir bildiriş kağızı olmadan polis idarəsinə dəvət olunub.Əməkdaşımız isə mətbuatda yayılan informasiyaya görə, DİN-in Mətbuat Xidmətinin məsul olduğunu və polisə çağırışın qanunsuz olduğunu rəis müavinin diqqətinə çatdırıb.Avropa.info-ya açıqlamasında İftixar Hüseynov isə yayılmış videolarla bağlı təhqiqat apardıqlarını və Ə.İbrahimovun bu səbəbdən polisə dəvət edildiyini bildirib. 

Qaynar.info