Xəbər lenti

Polislə bağlı daha bir dəyişiklik - Prezident imzaladı
Ölkə14:01 03.03.2016

Polislə bağlı daha bir dəyişiklik - Prezident imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanuna dəyişiklik edib. Sənədi Prezident İlham Əliyev imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, "Polis haqqında” Azərbaycan Respublikası Qanununu "Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1324-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi iləqərara alır:

"Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001,

№ 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277; Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 30-VQD nömrəli və 29 dekabr tarixli 85-VQD nömrəli qanunları) 28-ci maddəsinin VI hissəsində "mükəlləfiyyət qeydiyyatından” sözləri "qeydiyyatdan” sözü ilə əvəz edilsin.

Qaynar.info