Xəbər lenti

Polislər ağac arxasında niyə gizlənir?
Ölkə10:55 19.01.2014

Polislər ağac arxasında niyə gizlənir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ağacın arxasında gizlənən polislərdən danışıb. 

Qaynar.info-nun Anspress.com-a istinadən verdiyi məlumata görə, ANS TV-nin “Bazar səhəri” verilişinin qonağı olan BDYPİ-nin şöbə rəisi aparıcının niyə polislər ağacların arxasında gizlənirlər sualına cavab verib: “Hazırda belə hallar müşahidə edilmir. Bu əvvəllər var idi. İndi belə şeylər yoxdur. Bir də indi sürücülərimiz polisi görə-görə qaydaları pozurlar. Heç polisin gizlənməsinə ehtiyac qalmır".

Qaynar.info