Xəbər lenti

Polislər üçün yeni elektromobillər gətirildi - Fotolar
Ölkə17:46 11.03.2016

Polislər üçün yeni elektromobillər gətirildi - Fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıya Post Patrul Xidməti əməkdaşları üçün yeni elektromobillər gətirilib. Sözügedən mini maşınlar Dənizkənarı Milli Parkın ərazisində xidmət göstərəcək.

Qaynar.info qafqazinfo-ya istinadən bildirir ki, hazırda bu tipli elektromobillərdən Bakıya 6 ədəd gətirilib.

Post Patrul Xidmətinin əməkdaşları həmin elektromobillərdən açıq hava şəraitində istifadə edəcəklər. Onlar Bulvar ərazisində hərəkət edən polislərin ictimai asayişi qorumasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, hazırda Dənizkənarı Milli Parkda ənənəvi avtomobillərlə nəzarət həyata keçirirlər.

Qaynar.info