Xəbər lenti

Dünya 12:35 25.11.2023

"Politco": "Niderlanddakı seçkilərin nəticələri Aİ üçün "ən pis kabus" ola bilər"

Niderlandda keçirilən parlament seçkilərində sağçı siyasətçi Hert Vildersin partiyasının qələbəsi Avropa İttifaqı üçün "ən pis kabus" ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazıb.

Nəşr xatırladıb ki, Vilders "Nexit"in - Niderlandın Avropa İttifaqından çıxmasının tərəfdarıdır. Məqalə müəllifləri əmindirlər ki, siyasətçi Brüsselin dostu olmayacaq.

"Politico" qeyd edir ki, Vildersin hakimiyyətə gəlməsi ilə yaşıl enerjiyə keçid və Ukraynaya maliyyə yardımı göndərilməsi Aİ-də müzakirə mövzusuna çevriləcək. Niderland hətta bu istiqamətlər tamamilə tərk edilə bilər.

Qeyd edək ki, Niderlandda keçirilən son parlament seçkilərində Hert Vildersin ifrat sağçı Azadlıq Partiyası qalib olub. Quranı və islamı hədəfə alan Hert Vilders israrla Niderlandın Aİ-dən çıxması üçün kampaniya aparır. O, bu ideyanın Niderland seçicilərinin əksəriyyəti arasında populyar olmadığını açıq şəkildə etiraf etsə də, yenə də "Nexit"lə bağlı referendumun keçirilməsinə təkan verə bilər. Azadlıq Partiyası liderinin təkliflərindən biri də ölkədə bütün məscidlərin bağlanması və müsəlman miqrantların Niderlanddan qovulmasıdır. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->