Xəbər lenti

Politoloq minalanmış sahələrin qısa vaxtda təmizlənmə yolunu göstərdi
Ölkə14:00 04.06.2021

Politoloq minalanmış sahələrin qısa vaxtda təmizlənmə yolunu göstərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Minalanmış ərazilərin xəritəsinə ehtiyacımız yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.  Politoloq hesab edir ki, əgər Ermənistan bu xəritələri Azərbaycana versə, ona inanmaq düzgün deyil:
 
"Xəritəni düşmən verir. Düşmən bizə düzgün xəritə verər? Beynəlxalq miqyasda minalardan təmizləmə işləri ilə məşğul olan şirkətlər var. Bir az pul ayırıb onları Azərbaycana dəvət etmək lazımdır. Qarabağı 50-60 sahəyə bölüb hər sahəni də bir şirkətə vermək və vaxt qoymaq lazımdır. Qısa müddətdə onlar həmin sahələri minalardan təmizləyəcəklər. Ermənistana yalvarmağa dəyməz".
Bahar Rüstəmli