
"Rusiya Ermənistana dəstək verməkdə davam edir”.
BunuQaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli cəbhə xəttində gedən son prosesləri şərh edərkən deyib. O bildirib ki, Tovuz hadisələrindən sonra hər gun yük daşıyan təyyarələr ermənilərə silah daşıyır:
"Dünən də Ermənistanın Baş naziri Nikol Paşniyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya Ermənistana dəstək verməkdə davam edir. Bu gun daha yeni hadisələrin şahidi olacağıq”.
Qabil Hüseynli qeyd edib ki, Rusiya Türkiyənin qarşısına çıxa bilməz:
"Türkiyə bizimlədir. Rusiya Türkiyənin qarşısına çıxa bilməz”.
Bahar Rüstəmli