Xəbər lenti

Polkovnik-leytenant qəzada öldü
Ölkə06:37 04.08.2014

Polkovnik-leytenant qəzada öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ağır yol qəzası baş verib.

Pirallahı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 3-də Dübəndi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Fuad Ramiz oğlu Allahverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Bayram Ağayevin idarə etdiyi "Volkswagen” markalı maşınla toqquşub. Nəticədə F. Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. 

Polisdən həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən F. Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin avtonəqliyyat şöbəsinin əməkdaşıdır. O polis polkovnik-leytenantı rütbəsi daşıyıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info