Xəbər lenti

Polkovnik Rövşən Abdullayev vəfat etdi
Ölkə15:23 13.01.2025

Polkovnik Rövşən Abdullayev vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Universitetinin sabiq prorektoru polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.
Bu barədə APA-ya BDU-nun dosenti Fikrət Şiriyev məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi sabah 14:00-da Qələbə dairəsinin yaxınlığında yerləşən mənzilindən götürüləcək.
Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra Milli Təhlükəsizlik orqanlarında xidmət göstərib, polkovnik rütbəsinə layiq görülüb. O, 2005–2014-ci illərə BDU-nun Ümumi işlər üzrə prorektor vəzifəsində çalışıb.