
Türkiyə xüsusi təyinatlı qüvvələrinin polkovniki MustafaDönməzin 21 yaşlı oğlunun 4 il əvvəl Bakıda avtomomobillə vurularaqöldürülməsi ilə bağlı sensasion məlumat yayılıb.
Virtualaz.org xəbər verir ki, “Ergenekon” işi üzrə 5il 2 ay həbsdə saxlanılan polkovnik Mustafa Dönməz oğlunun ölümündəFətullah Gülənin şəbəkəsini günahlandırıb. Bu haqda “Sabah” qəzetiyazır.
Dönməz deyib ki, oğlu Türkiyənin Boğaziçi Universitetində oxuyurdu vəstaj keçmək üçün Bakıya getmişdi. “Oğlum ölmədən bir həftə əvvəl təhdidedilmişdi. Polislər ona xəbərdarlıq etmişdilər ki, səni atandan betəredərik. “Sonun atan kimi olar, bu iş 5 qram heroinlə bitər. İçəridə süründürərik”deyə təhdid ediblər”-Mustafa Dönməz bildirib.
İstefada olan türk polkovniki, uzun müddət PKK-ya qarşı döyüşmüşDönməz deyib ki, Fətullah Gülənin şəbəkəsinin içərisindəki mütəşəkkilcinayətkar qruplaşmalar ona qarşı qurama ittihamlar hazırlamışdılar.“Onların əməlləri ilə bağlı həbsxanadan prokurorluğa şikayət etdim. Birhəftə sonra mənə “oğlun avtomobil qəzasında həlak oldu” dedilər”-Mustafa Dönməz bildirib.
Dönməz Türkiyə silahlı qüvvələrinin qurama “Ergenekon” işi ilə bağlıhəbs edilən onlarla yüksək rütbəli mənsublarından biridir. Onlara qarşıterrorçuluq, silahlı dövlət çevriliş cəhdi kimi çoxsaylı ağır ittihamlarirəli sürülmüşdü. Lakin Fətullah Gülənlə Ərdoğan arasındamünasibətlər korlanandan sonra vəziyyət dəyişdi, gülənçilər Türkiyəninpolis və ədliyyə sistemindən kənarlaşdırılmağa başladı. Onların Türkiyə ordusunu sarsıtmaq üçün quraşdırdıqları saxta cinayət işlərinə xitam verildi.
“Mən oğlumun Fətullah Gülənin başçılıq etdiyi mütəşəkkilqruplaşma tərəfindən öldürüldüyünə əminəm. Bunu qəti şəkildə sübutedəcəyəm”-Mustafa Dönməz deyib.
Polkovnikin oğlunun ölümünə səbəb olan avtomobil qəzası 2012-ci ilinsentyabrın 1-də Bakının Binəqədi rayonunda baş verib. DİN-in kriminalxronikasında deyildiyi kimi “Mercedes” markalı avtomobil yolukeçmək istəyən Türkiyə vətəndaşı, 21 yaşlı Alp Kaan Dönməzi vurub.Piyada aldığı xəsarətdən ölüb. Qəzanı törədən sürücü, 1967-ciil təvəllüdlü Hafiz Adıgözəl oğlu Vəliyev sentyabrın 12-də həbs olunub.Hazırda onun həbsdə olub-olmadığı məlum deyil.

Bu hadisənin qəza deyil, sui-qəsd olduğu haqda ilk dəfə2014-cü ilin sentyabrında “Yeni Çağ” qəzetinin yazarı Yavuz SelimDemirdağ yazmışdı.
Müəllif yazı ki, Mustafa Dönməzin və digər ordu zabitlərinin kütləvişəkildə həbs olunduğu polis əməliyyatları saxta dəlillər əsasında həyatakeçirilib. Bu dəlillərdən biri də Mustafa Dönməzin evində guya"Ergenekon” silahlı terror təşkilatına aid olan silahların basdırıldığıyerin sxeminin aşkar edilməsi olmuşdu.
Əslində isə əməliyyatı həyata keçirən fətullahçı polislər("Ergenekon” həbslərinə sanksiyaları Fətullah Gülənə sadiq prokurorZəkəriyyə Öz verirdi və bu həbsləri "İmamın ordusu”nunəsgərləri, yəni fətullahçı polislər həyata keçirirdi) əvvəlcə AnkaraGölbaşı səmtində "aşkar edilmiş” silah-sursatı İstanbul Poyrazköydətəkrar basdırıblar və "aşkar ediblər”. Hər iki axtarışda "aşkar edilən”silah-sursatın seriya nömrələri eyni olub.
Qaydalara görə, axtarış əməliyyatları videokameralara çəkilib və bu kadrlarda da Ankarada "tapılan” silahlarla İstanbulda "tapılan” silahların seriya nömrələrinin, hətta üzərlərindəki cızığın eyni olduğu əksini tapıb. Ancaq polislər kadrları montaj edərək bu məqamları siliblər.
Yavuz Selim Demirdağın yazdığına görə, əməliyyatda iştirak edənpolislərdən biri vicdanını itirməyib və videokadrların orijinalınıgizlicə Mustafa Dönməzin oğlu Alpa ötürüb. Sitat: "Atası içəridə ikənçöldə onun hüquqları uğrunda mübarizə aparan gənc universitet tələbəsiAlpın arxasınca düşən kumpasçılar (tələ quranlar) ona qarşı bir neçədəfə sui-qəsd təşkil etsələr də nəticə əldə edə bilməyiblər. Nəhayət, Azərbaycanın paytaxtı Bakıda yol-nəqliyyat qəzası görüntüsü verərək Alpı öldürdülər”.
Müəllifin yazdığına görə, azadlığa çıxdıqdan sonra Türkiyə SilahlıQüvvələrinə tələ qurmuş prokurorların, polislərin, hakimlərin üzəçıxarılıb cəzalandırılması üçün mübarizə aparan Mustafa Dönməz "mənim əlimdə videoçəkilişin orijinalı var, dürüst hakimlər istəsə, onlara verə bilərəm” deyir. Ancaq hələ heç kim ondan bu görüntüləri istəməyib.
Qaynarinfo.az