Xəbər lenti

Polşadan ilk çarter reysi ilə 180 Azərbaycan vətəndaşı təxliyə olundu
Ölkə06:20 06.03.2022

Polşadan ilk çarter reysi ilə 180 Azərbaycan vətəndaşı təxliyə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar AZAL tərəfindən Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə Bakıya gətirilib.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib.