Xəbər lenti

Polşadan Ukraynaya qanunsuz yük keçirmək istəyən azərbaycanlılar saxlanıldı
Ölkə09:31 27.03.2021

Polşadan Ukraynaya qanunsuz yük keçirmək istəyən azərbaycanlılar saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Polşa ilə sərhədində qanunsuz yük keçirməyə cəhd edən Azərbaycan vətəndaşları saxlanılıb.
"Report"un Avropa bürosunun məlumatına görə, bunlar - 1980-cı il təvəllüdlü Kamran Kosayev və 1988-ci il təvəllüdlü Vadim Qoçuxanovdur.
Azərbaycanlılar Polşadan qeyri-qanuni yolla mobil telefonlar, mobil telefon aksessuarları və digər texniki avadanlıqlar keçirməyə cəhd ediblər.
Onlar barəsində Lvov polisində həbs qətimkan tədbiri seçilib.