Xəbər lenti

Dünya 18:21 21.02.2024

Polşalı baş konsul polyakların hərəkətlərinə görə ukraynalılardan üzr istədi

Polşanın Lvovdakı baş konsulu Eliza Dzvonkeviç həmvətənlərinin Polşa-Ukrayna sərhəddindəki hərəkətlərinə görə ukraynalılardan üzr istəyib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.
 
"Daha səssiz qala bilmərəm. Vətən sevgisi üçün. Polşa-Ukrayna sərhədində Polşanın bu biabırçı hərəkətlərini görmədiyimi iddia edə bilmərəm. Üzr istəyirik, əziz ukraynalı dostlar. Baş verənlər mənim xalqımın işi ola bilməz”, - baş konsul bildirib.

Onun sözlərinə görə, əsl polyak heç vaxt azadlıq uğrunda mübarizə aparan qonşunun kürəyindən bıçaq vurmaz.

"Bu, postulasiya deyil, etiraz forması haqqındadır. Bu, biabırçılıq və ayıbdır”, - o əlavə edib.

Qeyd edək ki, fevralın 20-də polşalı etirazçılar Medyka-Şegini keçid məntəqəsi yaxınlığında dəmir yolunu bağlayıblar. Onlar yük vaqonundan taxılı yerə töküblər.
Ukrayna ilə sərhəddə etiraz edən polşalı fermerlərdən biri traktoruna "Putin Ukrayna, Brüssel və hökumətimizlə məşğul ol” yazısı olan plakat yapışdırıb. Polis, bu hərəkətinə görə ona qarşı cinayət işi açıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->