
Bu günlərdə Yuğ Teatrında polşalı rejissor Tomasz Leszczynski (Tomaş Leşçinski) Slavomir Mrojekin pyesi əsasında hazırlanan “Sərhəddə” adlı tamaşanın məşqlərinə başlanıb. Kulis.az-ın teatrın mətbuat xidmətinə əsasən verdiyi xəbərə görə, sözügedən tamaşa beynəlxalq müştərək prodüser layihəsi çərçivəsində hazırlanır.
Layihə Polşa Respublikasının Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUĞ Dövlət Teatrı, AR Production - Beynəlxalq Prodüser Şirkəti, A.Mitskeviç İnstitutu və prodüser Səbuhi Məmmədovun təşəbbüsü ilə həyata keçirilir. Dövlət teatrları sistemində ilk beynəlxalq müştərək prodüser layihəsi olan tamaşanın premyerası may ayının sonlarına nəzərdə tutulub.
Qynar.info