Xəbər lenti

Poroşenkonun Azərbaycandakı şirkəti xalqı zəhərləyir - VİDEO
Ölkə20:55 05.11.2014

Poroşenkonun Azərbaycandakı şirkəti xalqı zəhərləyir - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna  prezidenti, məşhur biznesmen  Pyotr  Poroşenkoya məxsus  şirkətin Azərbaycandakı filalı haqqında maraqlı məlumat dərc olunub.
Avropa.info-da dərc olunan materialda bildirilir ki, keçmiş SSRİ məkanında məşhur olan  "Roşen" şirkətinin  Azərbaycan filalı  vətəndaşlara vaxtı keçmiş məhsulları sırımaqla məşğuldur. Şirkətin Azərbaycan filialının  rəhbəri, Tibbi Unversitetinin müəllimi Akif  Hacıyevin tapşırığı ilə 10 ildir ki, davam edən prosesə "Roşen"in  mərkəzi ofisinin də razılıq verdiyi üzə çıxıb. 
Əldə olunan məlumata görə, artıq uzun illərdir ki, vaxtı keçmiş məhsulların yenidən satışa çıxarılması üçün "Roşen"in mərkəzi ofisindən  Azərbaycana  üstündə  istifadə  vaxtı  təzə  göstərilən boş  qutular və  etketlər göndərilir. 
Vaxtı keçmiş şiriniyat məmulatları "Roşen"in  Azərbaycan filialının  Sumqayıt şəhəri, Bakının Badamdar  və  Bakıxanov  qəsəbələrində, Bakı şampan zavodu ərazisindəki   xəlvəti depolarında etketlənərək bazara çıxarılır. Bununla da əhaliyə  "Roşen"in vaxtı keçmiş konfet və digər şirniyyat məhsulları yeni məhsul adı ilə  sırınır. 
Avropa.info-nun əldə etdiyi məlumata görə, bu işləri həyata keçirmək üçün şirkətin  Azərbaycan filialı fəhlələri məcburi şəkildə bu əmələ cəlb edir. Belə qara işləri həyata keçirmək istəməyən fəhlələr isə zaman-zaman işdən uzaqlaşdırılıblar. 
Təqribən 2 ay öncə isə, metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən Bakı Şampan Zavodunun təsərüffat sahəsində  yerləşən və "Roşen"in  xəlvəti  saxta etket vurma anbarında fəhlələrlə, şirkətin keçmiş anbardarı Vaqif adlı şəxs rəhbərliyə öz etirazlarını bildirərək işdən çıxıblar. 
Bu gün isə bu qanunsuzluğa etiraz edən  "Roşen"in vaqonboşlatma  üzrə ixtisaslaşmış 20 nəfər fəhləsi işdən uzaqlaşdırılıb. Qeyd edək ki, bu fəhlələr  uzun illərdir "Roşen"də çalışmalarına baxmayaraq, onlarla  qeyri- qanuni olaraq əmək müqaviləsi bağlanmayıbmış.
Avropa.info məsələylə bağlı  "Roşen"in  Azərbaycandakı filialının direktor müavini Şahbala İsgəndərovun mövqeyini öyrənmək istəyib. Direktor müavini  hələ saytla bağlı araşdırma aparacaqlarını və bundan sonra cavab vermək məsələsində məsləhətləşəcəyini deyib. 
"Nə bilim bəlkə siz yoldan ötənin birisiniz. Mən elə hər yoldan ötənə cavab verməliyəm?".
Avropa.info "Roşen" şirkətinin mərkəzi ofisindən Bakıya vaqonlarla göndərilən və etketləri təzə tarixlə göstərilən boş qutuların videogörüntülərini əldə edib. Həmin videoları təqdim edirik: 
Qaynar.info