Xəbər lenti

Postlardan 900 avtomobil geri qaytarıldı
Ölkə07:20 22.06.2020

Postlardan 900 avtomobil geri qaytarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 21-də karantin postlarından Bakıya girişə və çıxışa cəhd edən 900 avtomobil saxlanılaraq geri qaytarılıb.
Qaynarinfo-nun məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil isə postlardan geri qaytarılıb.
Xatırladaq ki, Nazirlər Kabineti iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib.