Xəbər lenti

PR akademiya 2016 təlimlərini başladı - FOTO / VİDEO
Ölkə08:49 20.04.2016

PR akademiya 2016 təlimlərini başladı - FOTO / VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının və "M Group Production" Şirkətlər qrupunun rəsmi dəstəyi ilə "PR Akademiya" PR şirkəti tərəfindən ödənişsiz PR menecment təlimlərinin təşkili məqsədi ilə həyata keçirilən "PR akademiya" layihəsi 2016-cı il təlimlərinə start verib.

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, Bakı Slavyan Universitetində PR Akademiyaya 2016-cı il üzrə qəbul seminarı keçirilib.

PR Akademiya 2016 qəbul seminarının qonaqları Azərbaycan Rrespublikasının Əməkdar Artisti, iş adamı, tanınmış şoumen, "M Group Production" şirkətlər qrupunun rəhbəri Murad Dadaşov, Millət Vəkili, Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Slavyan Universitetinin "Heydər Əliyev" məktəbinin rəhbəri Araz Məmmədzadə, Beynəlxalq yarışlarda dəfələrlə ölkəmizi təmsil etmiş, 18 ölkədə qızıl medal qazanmış, Orient House restoranın rəhbəri Teymur Şıxəliyev, #PRakademiya layihəsinin rəhbəri və PR şirkətinin təsisçisi Nuranə Ağazadə və PR akademiya şirkətinin direktoru Vuqar Quluzadə olublar.

Seminarı giriş sözü ilə açan Nuranə Ağazadə qonaqlara və təlimçilərə təşəkkür edərək, 2013-cü ildən Azərbaycanda təmənnasız PR təlimlərini təşkil etmək məqsədi ilə yaratdığı layihəsinin uğurlarından danışıb və www.PRakademiya.az saytını təqdim edib. Millət Vəkili, Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov isə PR Akademiya təlimçilərinin Azərbaycanda kifayət qədər tanınmış və dünyada da tanınmaq istiqamətində olan insanlardan ibarət olduğu üçün təlimlərdə iştirak edəcək gənclərin çox şanslı olduğunu bildirib.

Azərbaycan Rrespublikasının Əməkdar Artisti, İş adamı, tanınmış şoumen, M Group Production şirkətlər qrupunun rəhbəri, Azərbaycan gəncliyinə örnək sima Murad Dadaşov gənclərə böyük motivasiya verən çıxışı zamanı onlara uğur qazanmış hər bir şəxsin PR haqqında müəyyən biliklərə sahib olduğunu söyləyərək, uğur qazanmağın sirləri və televiziya sahəsinin əsas məqamları barəsində dəyərli fikirlərini bölüşüb. Slavyan Universitetinin "Heydər Əliyev" məktəbinin rəhbəri Araz Məmmədzadə universitetin fakultələri və fəaliyyəti haqqında məlumat verərək, gəncləri Bakı Slavyan Universitetində təhsil almağa çağırıb.

Azərbaycanda ancaq Bakı Slavyan Universitetində keçirilən "Xəlifə günləri" haqqında danışan Araz müəllim həmin günlər zamanı səsvermədə seçilmiş tələbənin bir gün ərzində rektorun bütün səlayihhətlərini daşıması haqqında məlumat verib. Beynəlxalq yarışlarda dəfələrlə ölkəmizi təmsil etmiş, 18 ölkədə qızıl medal qazanmış, Orient House restoranın rəhbəri Tteymur Şıxəliyev qazandğı uğurlarda PR-ın təsirindən danışaraq, Azərbaycan milli yeməklərinin dünyaya düzgün təbliğatının vacib olduğunu vurğulayıb.

PR akademiya şirkətinin direktoru Vuqar Quluzadə isə yaradılmış şərait üçün hamıya təşəkkür edərək, gəncləri biznes sektorunda aktiv olmağa çağırıb. Tədbirin sonunda isə, PR Akademiyanın tələbəsi olmaq istəyən gəclər qəbul üçün sənədlərini təqdim ediblər. 24 aprel tarixində xanım namizədlərin, 30 aprel tarixində isə bəy namizədlərin kastinqi keçiriləcək və kastinqə dəvət olunanların siyahısı PR akademiyanın rəsmi səhifəsi www.PRakademiya.az da açıqlanacaq.

Qaynarinfo.Az