Azərbaycan Premyer Liqasında 10-cu tur davam edir.
Qaynarinfonun məlumatına görə, bu gün daha iki oyun keçiriləcək. İkinci oyun günün ilk qarşılaşması Tovuzda baş tutacaq. Gəncə şəhər stadionunun təmirə bağlanması səbəbindən "Kəpəz" rəqibini qonşu rayonda qəbul edəcək.
Günün ikinci qarşılaşması paytaxtda oynanılacaq. Səkkiz oyundur qələbə üzünə həsrət olan "Sabah” Masazırda "Sumqayıt”la üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası, 10-cu tur
15.00. "Kəpəz” – "Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu
18.00. "Sabah” – "Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena”
İlk oyun günündə baş tutan görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb.
"Turan Tovuz" - "Qarabağ" 2:2
"Səbail" - "Neftçi" 2:4
"Qarabağ" - 20, "Zirə" - 19, "Səbail" - 17, "Neftçi" - 15, "Araz-Naxçıvan" - 14, "Turan Tovuz" - 12, "Sumqayıt" - 11, "Sabah" - 7, "Qəbələ" - 7 "Kəpəz" - 5
Səbuhi Həsənov
Şərhlər