Bu gün Azərbaycan 1-ci liqasında 2023/24 mövsümünə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, bununla da turnirdə mövsümün qalibi müəyyənləşəcək.
Lider "Qaradağ Lökbatan" 2-ci yerdəki "Şamaxı"nı qəbul edəcək. Hazırda "Qaradağ Lökbatan"ın aktivində 53, "Şamaxı"nın aktivində isə 51 xal var. Ona görə də sözügedən görüş mövsümün qalibinə aydınlıq gətirəcək. Əgər "Qaradağ Lökbatan" qalib gəlsə və ya heç-heçə etsə, çempionluğu rəsmiləşdirəcək."Şamaxı"ya isə çempionluq üçün yalnız qələbə lazımdır.
Günün digər matçında "Araz Saatlı" "İmişli" ilə üz-üzə gələcək.
16 may (cümə axşamı)
17:00. "Qaradağ Lökbatan” – "Şamaxı”
Lökbatan OİK stadionu
17:00. "Araz Saatlı” – "İmişli”
Saatlı OİK stadionu
Şərhlər