Xəbər lenti

Prezident 3 azərbaycanlını əfv etdi
Ölkə14:43 27.12.2017

Prezident 3 azərbaycanlını əfv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gürcüstan prezidentinin əfv etdiyi şəxslər sırasında 3 nəfər Azərbaycan Respublikasının vətəndaşı var”.
Bu sözləri "Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze söyləyib.
Komissiya sədri deyib ki, Gürcüstan prezidentinin əfv etdiyi Azərbaycan Respublikası vətəndaşlarından biri bu gün həbsxanadan azadlığa çıxacaq: "Digər iki nəfərin isə cəzası azaldılıb”.
Z.Koridzenin sözlərinə görə, Komissiyada, ümumilikdə, 1182 müraciətə baxılıb. Gürcüstan prezidenti dekabrın 27-də onlardan 187 nəfərini əfv edib. Əfv olunanlardan 3-ü azyaşlı, 12-si qadındır. Əfv olunan 187 nəfərdən 123-ü bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək.