Xəbər lenti

Prezident ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşdü
Ölkə16:22 12.02.2016

Prezident ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Münxendə ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.

Qaynar.info xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulandı. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

Qaynar.info