
Dekabrın 27-də 50-dək QHT rəhbəri və vətəndaş cəmiyyəti fəalı Prezident Administrasiyasının qarşısına toplaşıb.
Onlar QHT qanunvericiliyinə edilən dəyişikliklərə etirazlarını bildiriblər. Etiraz bəyanatında vətəndaş cəmiyyətinə təzyiqlərdən, qanunvericiliyə edilən məhdudlaşdırıcı dəyişikliklərdən narahatlıq ifadə olunub. Bəyanat müəllifləri Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların təsbit etdiyi hüquq və azadlıqların pozulmasına diqqət çəkiblər.
“Azadlıq” radiosu xəbər verir ki, aksiyaçılardan 5 nəfər administrasiya binasına dəvət olunub. Hazırda görüş gedir.
Qaynar.info