
Avqustun 13-də Bakıda Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə dövlətlərarası sənədlərin imzalanması mərasimi zamanı qeyri-adi və xoşagəlməz hadisə baş verib.
Bu hadisə Azərbaycan Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşının günahı ucbatından yaşanıb.
Belə ki, Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşı dövlətlərarası sənədləri imzalayan rəsmi şəxslərin adlarını elan edərkən çaşıb. Nəticədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adını düzgün tələffüz etməyib. Bu çaşqınlıq nəticəsində Sergey Lavrovun adı Azərbaycan dilində senzuradankənar şəkildə, təhqiramiz formada səslənib. Çox maraqlıdır ki, həmin mərasim zamanı çəkilmiş videoçarx YouTube saytına Rusiya jurnalistləri tərəfindən yerləşdirilib.
Məlumata görə, Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşı buraxdığı bu kobud səhvə görə bu gün işdən azad edilib.(virtualaz.org)