Xəbər lenti

Prezident Admnistrasiyasına çağırılan icra başçları kimlərdir?
Ölkə09:43 17.02.2014

Prezident Admnistrasiyasına çağırılan icra başçları kimlərdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Eyvaz Hüseynov, Məhərrəm Quliyev, Qoca Səmədov, Vaqif Abdullayev, Vidadi İsayev və Adil Məmmədov yola salına bilər 

Xocavəndin icra başçısı Eyvaz Hüseynov, Ağıstafanın icra başçısı Məhərrəm Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Beyləqanın icra başçısı Vaqif Abdullayev, Bərdənin icra başçısı Vidadi İsayev və Qobustanın icra başçısı Adil Məmmədovu bu həftə Prezident Admnistrasiyasına dəvət ediblər. 

Bu barədə Jam.az saytı məlumat yayıb. 

Məlumata görə böyük ehtimalla onlara işdən çıxarılmaları ilə bağlı sərəncamlarının surətləri təqdim olunacaq. Həmçinin bəzilərinə də rəhbərlik etdiyi rayonda yoxlamaların aparılacağı ilə bağlı xəbərdarlıq olunacaq. 

Bildirilir ki, bu dəvət adları sadalanan icra başçıları ilə yekunlaşmayacaq. Onun sözlərinə görə, rayon rəhbərlərinin hamısı bir şəkildə Admnistrasiyaya dəvət olunacaq və onlarla vidalaşacaqlar. 

Bu icra başçıları sırasında ən ağır durumda olanların sayı isə 3-dür. Bildirilir ki, Xocavəndin icra başçısı Eyvaz Hüseynov haqqında edilən şikayətlərin sayı rayonun real əhalisinin sayının iki qatına çatıb. 

Ağıstafanın icra başçısı Məhərrəm Quliyevin də durumu ürəkaçan deyil. Deyilənlərə görə, bu şəxsin barəsində edilən şikayətlərin bir çoxu ciddi yeyintiləri əhatə edir. Həmçinin məmur özbaşınalığı da mühüm yerlərdən birini tutur. 

Yevlaxın icra başçısı Qoca Səmədovun durumu isə bir qədər də ağırdır. Çünki bir müddət əvvəl onun rəhbərlik etdiyi rayonda Qarabağ əlili özünü yandıraraq, intihara təşəbbüs göstərmişdi. Bu hadisənin indiki məqamda olduqca təhlükəli tendensiyalara yola aça biləcəyini yaxşı anlayan hakimiyyət dairələri belə səhvə yol vermiş icra başçısını daha «layiqli» şəkildə cəzalandırmaq fikrindədir. 

Qaynar.info