Bakıda Avropa Oyunları Parkının açılışı baş tutub. Açılış mərasimində prezident İlham Əliyev, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva da iştirak edib.
Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə və xanımına məlumat verdi ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda görülən işlərlə tanış oldular.
Sonra dövlətimizin başçısı və xanımı parkın ərazisində Oyunlar zamanı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxdılar.
Qaynar.info