Xəbər lenti

Prezident Azər Mustafazadəni təltif etdi
Ölkə08:26 27.03.2019

Prezident Azər Mustafazadəni təltif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azər Mustafazadənin 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Azər Mustafazadə Azərbaycan Dövlət Nəşriyyatının direktorudur. Bu gün onun 80 yaşı tamam olur.