Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verib.
Prezident digər sərəncamla miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edib:
Abbasov Niyaz İsaq oğlu
Həsənov Həsən Çingiz oğlu
İsmayılov Füzuli Cahangir oğlu
Qədimov Anar Vahid oğlu
Musayeva Samirə Paşa qızı
Sadıqova Ülfət Məhərrəm qızı
Səfərov Mehman Elxan oğlu
Turabov Nazim Soltan oğlu
Qaynar.info