Xəbər lenti

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
Ölkə07:06 13.02.2023

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qaynarinfo xəbər veri ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:
Allahverdiyeva Amaliya Kərim qızı
İsmayılova Ruhiyyə Həsən qızı
Məmmədova Elnara Xasay qızı
Rüstəmov Rövşən Rüstəm oğlu
Valehov Ceyhun Ağanəzər oğlu.