Xəbər lenti

Prezident büdcədən 8 milyon manat ayırdı - SƏRƏNCAM
Ölkə14:21 01.08.2016

Prezident büdcədən 8 milyon manat ayırdı - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo.Az xəbər verir ki, dövlət başçısı 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,0 milyon manat ayrıb.

Qaynarinfo.Az