Xəbər lenti

Prezident Cəlilabada getdi
Ölkə12:47 11.08.2015

Prezident Cəlilabada getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfər edib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Şabran rayonuna səfər etmişdi. Dövlət başçısı bu səfərində Şabranda müalicə-istirahət kompleksinin və Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak etmişdi.

Qaynar.info