
AFFA klub prezidentini cəzalandlırıb
Bu gün AFFA-nın İntzam Komitəsinin iclası keçirilib.Trend-in məlumatına görə, İntizam Komitəsinin qərarına əsasən, Azərbaycan I Divizionunun XVIII turunun "Ağsu" - "Qaradağ Lökbatan" matçının 33-cü dəqiqəsində "Qaradağ Lökbatan" klubunun futbolçusu Ramal Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 33-cü dəqiqəsində "Qaradağ Lökbatan" klubunun prezidenti Tahir Mustafayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub. Analoji hadisə klub prezidenti tərəfindən yenidən törədilərsə, İntizam Komitəsi ona qarşı daha ciddi sanksiyalar tətbiq edəcək.
Qaynar.info