Xəbər lenti

Prezident əmirlə təkbətək görüşdü
Ölkə09:00 08.03.2016

Prezident əmirlə təkbətək görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1Martın 8-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub.

Qaynar.info xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qaynar.info