Prezident İlham Əliyev fəxri adların verilməsi barədə sərəncamlar imzalayıb. Qaynar.info xəbər verir ki, dövlət başçısı prokurorluq orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə görə Xanlar Rüstəm oğlu Vəliyevə Azərbaycan Respublikasının “Əməkdar Hüquqşünas” fəxri adı verib.
İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Hilal oğlu Nəbiyevi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi ilə təltif edib.
Dövlət başçısının digər bir sərəncamı ilə miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Musayev Pərviz Kərim oğlu
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Ələkbərov Fazil Nəriman oğlu
Ələkbərov İqbal Rafiq oğlu
Əliyeva Aysel Etibar qızı
Hüseynov Camil Xalid oğlu
Hüseynov Orxan Yaşar oğlu
İbrahimov Ramin Ənvər oğlu
İsmayılov Nadir Kamil oğlu
Məmmədov Kərim Əvəz oğlu
Məmmədov Qüdrət Niftulla oğlu
Rüstəmov Hidayət Vaqif oğlu
Süleymanzadə Lalə Rəfail qızı
Qaynar.info