Xəbər lenti

Prezident “Formula-1”in rəhbərini qəbul etdi
Ölkə11:30 08.10.2014

Prezident “Formula-1”in rəhbərini qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev oktyabrın 8-də “Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib.

ANS PRESS-in məlumatına görə, görüşdə ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub. Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün artıq yaxşı təcrübəyə malik olduğu vurğulanıb.

Söhbət zamanı 2016-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “Formula-1” yarışının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib. 

Bu tədbirin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.

Qaynar.info