Xəbər lenti

Prezident Hövsanda ilk sosial mənzilin təməlini qoydu
Ölkə06:12 24.12.2017

Prezident Hövsanda ilk sosial mənzilin təməlini qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
MİDA-nın direktoru Samir Nuriyev dövlət başçısına layihə barədə məlumat verib. Daha sonra İ.Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.
Sonda xatirə şəkli çəkdirilib.