Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı ictimai-siyasi həyatında xidmətlərinə görə Akif Bəşir oğlu Rəfiyevi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Niyazi Müzəffər oğlu Bayramovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Qeyd edək ki, Niyazi Bayramov 2012-ci ildən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısıdır. Akif Rəfiyev isə əməkdar hüquqşünas, 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri, kino məsləhətçisidir. O, 1991-2002-ci illərdə isə ədliyyə nazirinin müavini olub.
Qaynar.info