Prezident İlham Əliyev iki nəfəri ordenlə təltif edib.
Qaynar.info xəbər verir ki, dövlət başçısı təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Asəf Daşdəmir oğlu İsgəndərovu “Şöhrət”, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyevi “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, prezident bu gün Asəf İsgəndərovu Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edib.
Qaynar.info