Xəbər lenti

Prezident İsrailli həmkarını təbrik etdi
Ölkə14:42 11.05.2016

Prezident İsrailli həmkarını təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə israilin müstəqillik günü münasibətilə təbrik edib.

Qaynarinfo.az-ın məlumatına görə, təbrikdə belə deyilir:

"Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında daim genişlənən dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah diləyirəm".

Qaynarinfo.az