Xəbər lenti

Prezident keçmiş nazirlə bağlı sərəncam verdi
Ölkə13:55 10.07.2019

Prezident keçmiş nazirlə bağlı sərəncam verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezidet İlham Əliyev Dövlət Dəniz Akademiyasının rektoru, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edib.
Bu barədə modern.az-a Heydər Əsədov özü məlumat verib.
H.Əsədov bu medala layiq görülməsilə ilə bağlı ölkə başçısı İlham Əliyevə təşəkkür edib:
"Cənab Prezidentə təşəkkür edirəm. Çox sağ ol deyirəm ki, bizi diqqətdən kənarda qoymayıb. Bizim indiyədək yalnız bir amalımız olub, o da dövlətə, dövlətçilik ənənələrinə sadiqlikdir. Keçmiş fəaliyyətim də, indiki işim də yalnız güclü Azərbaycan üçündür. Bundan sonra da dəyişməz olaraq qalacaq”.
Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.
1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
22 oktyabr 2013-cü ildən 2018-ci ilin aprelinədək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.