Bakı şəhər polis idarəsi rəisinin müavini, general Həsən Şirinov prezident kortejinin rəhbərliyinə bərpa olunub.
Bubarədə məlumat virtualaz.org saytına özəl mənbələrdən daxil olub.Redaksiya məlumatı dəqiqləşdirib və məlum olub ki, Həsən Şirinov yenəprezident kortejini müşaiyət edir. Xatırladaq ki, H.Şirinov prezidentinkortejinin marşrutun səhv seçilməsi üzündən tıxacda ilişməsindən sonrabu vəzifəsindən kənarlaşdırılmışdı. İnsident prezident İlham ƏliyevinEduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı mesajı vermək üçünGürcüstanın Bakıdakı səfirliyinə gedişi zamanı baş vermişdi.

Həmişəolduğu kimi həmin hərəkət zamanı da prezidentin kortejinin önündəH.Şirinovun rəhbərliyi ilə DYP heyəti gedib. Lakin H.Şirinovun sürücüsüxətaya yol verib və yolu səhv salaraq prezidentin kortejinin qısa müddətərzində tıxacda ilişməsinə səbəb olub.Bu insidentdən sonra sürücü DYPorqanlarından xaric olunub, H.Şirinov isə prezident kortejini müşaiyətetməkdən kənarlaşdırılıb.
Prezident kortejini müşaiyət etmək Bakışəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərova həvaləedilib. Lakin H.Şirinovun yenidən vəzifəsinə bərpa edilməsi göstərir ki,sözügedən insidentə baxmayaraq yol polisinin bu təcrübəli əməkdaşına ənmühüm və məsuliyyətli dövlət işinə bərpa etməyi qərara alıblar.
Qaynar.info