Xəbər lenti

Prezident Mədət Quliyevə yeni vəzifə verdi
Ölkə06:16 18.11.2023

Prezident Mədət Quliyevə yeni vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
Qaynarinfo-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də müdafiə sənayesi naziri vəzifəsinə təyin olunmuşdu. O, dövlət başçısının bugünkü Sərəncamı ilə tutduğu vəzifədən azad edilib.