
Prezident İlham Əliyev Məleykə Abbaszadənin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, sərəncamda deyilir:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilsin.
Ötən gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası prezidentin sərəncamıyla ləğv edilmişdi.
Qaynar.info