Xəbər lenti

Prezident metrodakı vəziyyətdən danışdı: "Acınacaqlı faktdır"
Ölkə05:51 05.07.2018

Prezident metrodakı vəziyyətdən danışdı: "Acınacaqlı faktdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır".
Qaynarinfo xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 4-də Prezident yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədəki son çıxışında deyib.
"Bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər", - İ.Əliyev söyləyib.