Xəbər lenti

Prezident Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəzanı nəzarətə götürdü
Ölkə04:50 03.07.2018

Prezident Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəzanı nəzarətə götürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidentinin Mətbuat Xidməti Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Qyanarinfo-nun məlumatına görə, bildirilir ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanılıb.
Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.