Xəbər lenti

Prezident nazir müavinlərinə vəzifə verdi - SİYAHI
Ölkə17:49 26.02.2016

Prezident nazir müavinlərinə vəzifə verdi - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayb.

Qaynar.info xəbər verir ki, sərəncama əsasən, qurumda Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilib:

Nümayəndə heyətinin rəhbəri:

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Nümayəndə heyətinin üzvləri:

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Namiq Əsgərov – Azərbaycan Respublikası Baş prokurorunun müavini.

Qaynar.info